Süni intellekt turizm şirkətlərinə qarşı — 10 İL SONRA BİZİ NƏ GÖZLƏYİR?

Alman tur operatorleri

Almaniyanın biznes və turizm jurnalı «fvw» tərəfindən Valensiyada təşkil edilən konqresə qatılan ölkənin qabaqcıl turizm mütəxəssisləri Chat GPT panelində turizm sektorunda artan və daha çox istifadə edilən süni zəka haqqında müzakirələr aparıblar.

Turizmplus.az xəbər verir ki, panel çərçivəsində süni intellektin gələcəkdə turizmdə insan əməyini nə dərəcədə əvəz edə biləcəyi və süni intellektin təqdim etdiyi imkanlar da dəyərləndirilib. «DER-Touristik» tur-operatorunun CEO-su Inqo Burmester, süni intellektin hazırda Alman səyahət bazarında tur operatorları tərəfindən təsvirin tanınmasından xəbər bülletenlərinə, SEO-dan hotel qiymətlərinə qədər bir çox sahədə istifadə edildiyini və çox yaxşı işlədiyini ifadə edib.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

Bununla belə, süni intellekt turoperatorlara daha çox imkanlar təqdim edir. TUI Almaniyanın baş direktoru Stefan Baumert bildirib ki, onların şirkəti hazırda səfərlə bağlı məsləhət funksiyası və avtomatik zəng tanınması üzərində işləyir. Baumert qeyd edib ki, bu, həm də müştəri məmnuniyyəti baxımından bir çox şeyləri öyrənməyə imkan verəcək.

İnqo Burmesterin fikrincə, süni intellektin istifadəsində diqqət müştərinin ehtiyacları olmalıdır.

Artıq böyük təcrübə olsa da, turizm sənayesi hələ də süni intellektə əsaslanan tətbiqlərin təklif etdiyi bütün imkanları tükəndirməyib. "Hotelplan"ın baş direktoru Laura Meyer qeyd edir ki, o, rezyumelərin yoxlanılması və ya insan resurslarının daha çox avtomatlaşdırılması kimi daxili proseslərin təkmilləşdirilməsində böyük potensial görür.

Süni intellektin təqdim etdiyi imkanlar müxtəlifdir, lakin yenə də CEO-ların ümumi fikrinə görə, gələcəkdə bir çox vəzifələr insanların əlində qalacaq.

TUI Almaniya baş direktoru Baumert də süni intellekt alətlərinin yaxın gələcəkdə bütün iqtisadi risklər də daxil olmaqla səyahət istehsalını tamamilə öz üzərinə götürə biləcək qədər mürəkkəb olacağını gözləmir.  O, qeyd edib ki, hələlik rezervasiyalar və əməliyyatlar tur operatorlar və ya OTA-larda qalacaq.

Menecerlər