Misirdə yeni turizm bölgəsi yaradılır — FOTO

iberotel costa mares

Misir yeni bir turizm bölgəsi yaradır. «Jaz Hotel Group» Marsa Mares körfəzində yeni istirahət məkanı ərsəyə gətirəcək.

Turizmplus.az xəbər verir ki, Misirin ən böyük turizm brendlərindən olan «Travco Group International»ın yerləşdirmə şirkəti Jaz Hotel Group, Misirin Marsa Mares bölgəsində yeni investisiyalar yatırmağa hazırlaşır.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

Misirdə 58 yerləşdirmə obyektini idarə edən Jaz Hotel Group, Marsa Mares körfəzində yeni kurort zonası inşa edəcək.

Marsa Mares bölgəsində ümumilikdə on hotel tikiləcək.

Bu bölgədəki ilk beşulduzlu hotel pandemiya zamanı açılan "Iberotel Costa Mares" idi. Bu ilin noyabrında daha bir beşulduzlu “Jaz Amara” hoteli istifadəyə veriləcək.

Marsa Mares, Marsa Alam hava limanından 10 dəqiqəlik məsafədə yerləşir.

406558086

 

Menecerlər