Bakı Turizm Peşə Məktəbində 15 sentyabr – Bilik Günü qeyd edilib

378121214 812186024245611 1166081892824624628 n

Bakı Turizm Peşə Məktəbində 15 sentyabr – Bilik Günü qeyd edilib.

Məktəbin mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə Bakı Turizm Peşə Məktəbinin direktoru, əməkdar müəllim Neylüfər Kərimova açıb.

Müəllim kollektivini, tələbələri və onların valideyinlərini Bilik Günü münasibətilə təbrik edən məktəbin direktoru qeyd edib ki, 2023-2024-cü təhsil ilində Bakı Turizm Peşə Məktəbinə 417 tələbə qəbul olub. N.Kərimova bildirib ki, müəyyən qruplar üzrə qəbul olan tələbələr eyni zamanda,  “City & Guids, London İnstitutu” tərəfindən akkreditasiya olunmuş CASA tədris proqramı və Dual Təhsil Proqramı üzrə də paralel təhsil almaq imkanı qazanıblar.

Daha sonra tələbələrin tədris prosesi start götürüb. Bakı Turizm Peşə Məktəbinin bütün qruplarında ilk dərslər “Heydər Əliyev – Azərbaycan dövlətinin xilaskarı və qurucusu” mövzusuna həsr edilib.

376861157 812185964245617 8558583276502777673 n

376405389 812186040912276 5825261163342966922 n

378117991 812185930912287 6144503001311262942 n

378120790 812185927578954 719010077286282660 n

376241598 812185934245620 4772853839648171579 n

 

Menecerlər