Ciddə aeroportunun nümayəndə heyəti Bakı hava limanını ziyarət edib

E8A6420 Edit

Heydər Əliyev Beynəlxalq Aeroportuna Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşən Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının aviaşirkətlər komitəsinin nümayəndə heyəti və hava limanının administrasiyasının vitse-prezidenti rəsmi səfər ediblər.

Turizmplus.az xəbər verir ki, səfər zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov nümayəndə heyətinə Bakı hava limanının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tanışlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turist axınının inkişafı üçün yeni imkanlar açacaq.

Hava limanına uğurlu səfərin təşkilinə görə nümayəndə heyəti dərin minnətdarlığını ifadə edərək bunu yüksək peşəkarlığının və səmərəli əməyinin nümunəsi kimi qiymətləndirilib. Həmçinin, Bakı hava limanının əməkdaşlarına təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu müasir infrastrukturu, yüksək xidməti və davamlı inkişafa sadiqliyi ilə aparıcı beynəlxalq aviaşirkətlərin və hava limanlarının diqqətini cəlb edir ki, bu da ona yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə imkan verir.

Menecerlər