DİQQƏT: Bu şəxslər Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilməz

azerbaycan turkiye bayrak turkaznews

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin Təhsil Müşavirliyi Türkiyə universitetlərinə qəbul olan şəxslərə müraciət edib.

Turizmplus.az xəbər verir ki, bu barədə müşavirliyin “Facebook” hesabında paylaşım edilib.

DİQQƏT: Biletlər satışa çıxarıldı — «Tourism Day Private Event 2023»

Bildirilib ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.

“Şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub. Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”,- deyə qeyd edilib.

Menecerlər