Azyaşlı hotelin hovuzunda boğulub — BƏDBƏXT HADİSƏ

ikincil bogulma 1

Antalyanın Alanya bölgəsində yerləşən hotellərin birində tətil zamanı 6 yaşlı Roman Deleu üzmək üçün girdiyi hovuzda boğularaq həyatını itirib.

Turizmplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət çimdikdən sonra çırpınmağa başlayan uşaq ətrafdakılar tərəfindən sudan çıxarılıb.

Çağırılan 112 Təcili Sağlamlıq qrupu tərəfindən xüsusi xəstəxanaya aparılan uşağı edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Deleunun cəsədi yarılma üçün Antalya Ədli Tibb Qurumuna göndərilib.

Menecerlər