İspaniyaya bu ilin 6 ayı ərzində 2022-ci ildən daha çox turist gəlib

daniel prado 2COX4tG0tc0 unsplash 1

İspaniya Milli Statistika İnstitutundan (INE) Turizm Məlumat Bankının tərtib etdiyi məlumatlara görə, 2023-cü ilin yanvar-iyun dövründə İspaniyaya gələn turistlərin sayı 24 faiz artaraq 37,5 milyona yaxınlaşıb.

Turizmplus.az xəbər verir ki, 2022-ci ildə 12 ay ərzində ölkəyə 30,2 milyon turist gəlib.

2023-cü ildə İspaniyaya ən çox turist səfərləri 7,75 milyon ilə Böyük Britaniyadan olub. Sonrakı yerləri 4,85 milyonla Fransa və Almaniya tutub.

Qeyd edək ki, turistlər ən çox İspaniyanın Kataloniya əyalətinə səfər ediblər.

Menecerlər