Hollandiyada turistlər üçün yeni QADAĞA

Amsterdam canal min

Hollandiyanın paytaxtı Amsterdamda şəhər şurası böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.

Turizmplus.az xəbər verir ki, bu qərar havanın çirklənməsinə qarşı mübarizə və turist axınının qarşısını almaq üçün atılıb. Bu addımdan sonra İj çayı üzərində yerləşən limanın da bağlanacağı gözlənilir.

Qeyd edək ki, mart ayında Amsterdam şəhər şurası Böyük Britaniyalı bəylərə qeyri-adi xəbərdarlıq etmişdi. Belə ki, onlara evlənməmişdən öncəki günlərdə dostlarıyla birlikdə həyata keçirilən məclislər üçün Amsterdama gəlmək qadağan edilmişdi.

Menecerlər