Türkiyədə aviabilet qiymətlərində 43% artım

istanbul havalimani dis hatlar terminali

Türkiyədə vergilərin artırılmasından sonra aviabilet qiymətlərində də yüksəlmə qeydə alınır.

Turizmplus.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, daxili uçuşlarda bir tərəfli uçuşlar üçün tətbiq olunan maksimum qiymət təxminən yüzdə 43 artımla 1150 TL-dən 1650 TL-yə yüksəldilib. Qiymət artımından sonra aviaşirkətlər müxtəlif istiqamətlərə biletləri 1650 TL-dən satmağa başlayıb.

Qeyd edək ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi ilk dəfə 2013-cü ildə daxili uçuşlarda bir istiqamətə maksimum dəyəri 299 tl olaraq təyin etmişdi. Sonuncu dəfə 2022-ci ilin əvvəlində 599 lirə olan aviabiletlərin qiyməti sonradan 1150 lirəyə yüksəldilib.

Menecerlər