Dünyanın ən yaxşı hotelinin adı açıqlandı — TÜRKİYƏDƏ YERLƏŞİR

IST 810 original

«Travel+Leisure» jurnalı 2023-cü ilin Dünyanın Ən Yaxşı Turizm Mükafatları sorğusunun nəticələrini açıqlayıb.

Turizmplus.az xəbər verir ki, tarixi yarımadanın mərkəzində yerləşən tarixi “Four Seasons Hotel Istanbul at Sultanahmet” dünyanın ən yaxşı hoteli və Avropanın ən yaxşı şəhər hoteli seçilib.

Hotelin Baş Meneceri Serap Akkuş: “2023 World’s Best Awards of Travel&Leisure jurnalında dünyanın ən yaxşı hoteli adına layiq görülməkdən şərəf duyuruq. Əməkdaşlarımızın sadiqliyini və göstərdikləri müstəsna xidmətləri açıq şəkildə nümayiş etdirən bu uğur həm də qonaqlarımıza unudulmaz təcrübələr təqdim etmək əzmimizdən xəbər verir. Bütün komandamızın sonsuz dəstəyi və töhfəsi olmasaydı, bu böyük uğuru əldə etmək mümkün olmazdı. Gələcəkdə qapımızdan içəri girən hər bir qonağa unudulmaz təcrübələr təqdim etməyə davam edəcəyik”.

Qeyd edək ki, «Four Seasons Hotel Istanbul at Sultanahmet» 1996-cı ildən fəaliyyət göstərir. İki illik təmir prosesindən sonra 2022-ci ildə yenidən qapılarını qonaqların üzünə açıb.

Menecerlər