İzmir Adnan Menderes Hava Limanı fəaliyyətini davam etdirir

izmirdeki orman yangini nedeniyle ucak seferleri iptal edildi

İzmirdə meşə yanğınından sonra səmanı bürüyən qatı tüstü səbəbindən İzmir Adnan Menderes Hava Limanında 18 reys təxirə salınıb.

Turizmplus.az xəbər verir ki, səhər saatlarında uçuşlar normal qaydada həyata keçirilib. Yanğın səbəbiylə səmanı tüstü bürüdükdən sonra İzmir Adnan Menderes Hava Limanında 18 uçuş saat 21.00-a qədər təxirə salınıb, 12 reys isə digər hava limanlarına yönləndirilib.

Daha sonra yanğınsöndürmə işlərinin irəliləməsi və təyyarələrin eniş və uçuşuna mane olacaq vəziyyətin olmaması səbəbindən hava limanında uçuşlar bərpa edilib.

Menecerlər