İrəvandan İstanbula uçuşlar başlayıb — QİYMƏT: 110 AZN

Worst Flight

«Ermənistan Hava Yolları» iyulun 2-dən etibarən İrəvan-İstanbul-İrəvan reyslərinə start verib.

Turizmplus.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu barədə «Zvartnots» hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, aviabiletlər 3 kateqoriya üzrə («BASIC», «STANDART», «FLEX») satışa çıxarılıb. Aviabiletlərin qiyməti bir istiqamətə 110 AZN — 225 AZN aralığında dəyişir.

Menecerlər