ATAA və BTB tur-opеratoru əməkdaşlıq əlaqələrini müzakirə ediblər

355093833 647562080750967 3830219198501449328 n 2

Turizm sahəsində əməkdaşlıq əlaqələri və birgə iş birliyinin yaradılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla BTB Turopratorunun rəhbəri Salih Gözcu ilə keçirilən işgüzar görüşdə müzakirə olunub.

Assosiasiyadan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Göydəniz Qəhrəmanov BTB Turopratorunun rəhbərinə ATAA-nın ölkə turizminin inkişafındakı rolu, fəaliyyət istiqamətləri, üzvlərinin sayı haqqında məlumat verib.

Müzakirələr zamanı qarşılıqlı biznes əlaqələrinin inkişafı, üzv şirkətlərlə əməkdaşlıq imkanları, ATAA üzvlüyününün əhəmiyyəti, eləcə də B2B formatlı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, BTB Turopratorunun Azərbaycanla yanaşı Türkiyədə, Misirdə və Birləşmiş Ərəb Əmirliklərində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Turoperator tərəfdaşlarına həm gəlmə, həm də getmə turizmi istiqamətində müxtəlif xidmətlər təklif edir.

Menecerlər