Rusiya və Azərbaycan arasında turizm əlaqələri inkişaf edir

Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Rusiyada fəaliyyət göstərən Səhiyyə Sahəsində Hüquqların Müdafiəsi Assosiasiyası Şurasının sədri Tamerlan Məmmədov Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) ilə memorandum imzalayıb. Görüşdə tanınmış bələdçi, assosiasiyanın səhiyyə üzrə mütəxəssisi Əsəd Yusifov da iştirak edib.

Bu barədə Turizmplus.az saytına AHTTSA sədri Ruslan Quliyev məlumat verib. Bildirib ki, belə əməkdaşlıq sayəsində zəngin təbii sərvətlərə malik olan Azərbaycan rusların əksəriyyətinin istirahət məkanına çevrilir. Onun sözlərinə görə, Naftalan, İstisu, Qalaaltı və Duzdağın məşhur müalicə-istirahət komplekslərində xarici qonaqların sayı günü-gündən artır. Azərbaycan sağlamlıq turizmində yeni, dəbli tendensiyalar yaranır. Məsələn, ənənəvi balneoloji sanatoriyalarla yanaşı, Qəbələdəki məşhur diyetoloq Henri Chenot Chenot Palace Health Wellness Hotel-in mehmanxanasında sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. Şəkidə spa müalicələrini sevənlər üçün Marxal Resort & Spa açılıb, burada qonaqlar sağlamlıq otaqları ilə təmin olunub. Yaxud Pirşağının müalicəvi qumu, astma xəstələri üçün duz, həmçinin sağlamlıq üçün heç də az faydası olmayan palçıq və kəhrəba artıq bir müalicə vasitəsi kimi tanınır.

R.Quliyev qeyd edib ki, Naftalan dünyada insanların neftlə müalicə olunduğu yeganə yerdir, Duzdağın duz mağaraları astma xəstələri üçün sadəcə olaraq əvəzsizdir, Qalaaltının termal suları isə Avropa mütəxəssisləri tərəfindən çoxdan öz qiymətini alıb.

Qeyd edək ki, Azərbaycan Müalicə və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev 2018-ci ildə Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti seçilib, bundan əvvəl bu quruma BƏƏ-nin nümayəndəsi rəhbərlik edirdi.

Azərbaycan 2014-cü ildən Rusiya, Türkiyə, Böyük Britaniya və Almaniya da daxil olmaqla, 60 ölkənin təmsil olunduğu bu beynəlxalq təşkilatın üzvüdür.

Menecerlər