«Air Astana» ATAA üzvlərinə daha uyğun qiymət siyasəti təklif edə bilər

WhatsApp Image 2023 06 14 at 16.40.02

ATAA ilə Air Astana şirkəti arasında qarşlılıqlı biznes əlaqələrinin genişləndirilməsi, B2B formatlı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, sağlamlıq və müalicəvi turizmin inkişafı, ATAA üzvləri üçün qiymət siyasətinin tənzimlənməsi, eləcə də aviauçuşların sayının artırılması, Azərbaycan üzərindən 3-cü ölkələrə uçuşların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və birgə iş birliyinin formalaşdırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Air Astana Hava Yolları şirkətinin Qafqaz regionu üzrə baş meneceri Kamilə Zailaubayeva və şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş çərçivəsində aviaşirkət nümayəndələri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının fəaliyyəti, turizm sənayesinin inkişafındakı rolu, üzvlərinin sayı haqqında məlumatlandırılıb.

Qeyd edək ki, hazırda həftədə 3 dəfə olmaqla Air Astana şirkəti Astana-Bakı-Astana reysi üzrə uçuşlar həyata keçirir. Qazaxıstandan gələn turistlərin sayı isə cari ilin yanvar-may ayları üzrə 5274 nəfər təşkil edib ki, bu da Mərkəzi Asiya ölkələrindən gələn əcnəbi qonaqların sayı baxımından böyük bir hissəsini əhatə edir.

Menecerlər