Misirin bu kurort şəhərində köpək balığı rus turisti parçalayıb — VİDEO

wai siew fB2jl6Rb3l4 unsplash scaled

Misirin Hurqhada şəhərinə istirahətə gələn 23 yaşlı rusiyalı turist köpək balığının hücumuna məruz qalıb.

Turizmplus.az xəbər verir ki, hücum anı sahildəki insanlar tərəfindən lentə alınarkən rus turistin qışqıraraq köpək balığından xilas olmağa çalışdığı, ətrafdakıların turistə kömək etmədiyi müşahidə olunub. Hadisə nəticəsində turist V.P xilas ola bilməyib.

Hücumdan sonra Rusiyanın Hurqada konsulluğundan verilən açıqlamada rus turistlərdən dənizə girərkən diqqətli olmaları tələb olunub.

Hücumun baş verdiyi çimərliyin təhlükəsizlik səbəbilə 2 gün müddətinə bağlanıb.

Menecerlər