«Summer Tour» və «Barut» hotellərinin birgə təşkilatçılığı ilə təqdimat keçirilib

WhatsApp Image 2023 06 08 at 11.35.43

«Summer Tour» və «Barut» hotellərinin birgə təşkilatçılığı ilə yerli şirkətlərin nümayəndələri üçün təqdimat gecəsi baş tutub.

Turizmplus.az xəbər verir ki, Qala gecəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri və nümayəndələri, turizm şirkətlərinin rəhbər şəxsləri və menecerlər iştirak edib.

Tədbirin əvvəlində «Barut» hotellər şəbəkəsinin satış müdiri Erol Çanqa çıxış edərək yenilikləri turizmçilərin nəzərinə çatdırıb. Bundan əlavə o, lüks seqmentə xidmət göstərən «Bayou Villas» villaları barədə məlumatları da iştirakçılarla bölüşüb.

Görüş şam yeməyi və əyləncəli şou-proqramla davam edib.

Menecerlər