Şamaxıda keçiriləcək Hava şarları Festivalı ilə bağlı təfərrüatlar məlum olub

IMG 8352

Xəbər verdiyimiz kimi, iyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival) keçiriləcək.

«EZONE Azerbaijan» şirkətindən Turizmplus.az saytına verilən məlumata görə, Festival şou xarakterli olduğu üçün şarlarda digər insanların uçuşuna icazə verilməyəcək. Yalnız növbəti mərhələlərdə turistlərə satış başlayacaq ki, bunun da nə zaman olacağı tam məlum deyil.

İyunda keçiriləcək ilk Festivalda təhlükəsizlik səbəbindən şarların uçuş zonasına da yaxınlaşmaq qadağan ediləcək. Uçuşlar Meysəri, Abqora və Nəsimi kəndləri ərazisində baş tutacaq. İzləyicilər bu kəndlərdən şarların hərəkətini rahatlıqla nümayiş edə biləcəklər.

Menecerlər