Yeni il ərəfəsində Passage1901-də bayram ab-havasında Əl İşləri Yarmarkası təşkil olunacaq. Tədbir ziyarətçilərə həm Milad və Yeni il ruhunu hiss etmək, həm də yerli sənətkarların hazırladığı unikal əl işləri ilə tanış olmaq imkanı yaradacaq.
Turizmplus.az xəbər verir ki, yarmarkada müxtəlif əl işləri, bayram suvenirləri, ətirli şirniyyatlar, maraqlı yeməklər və dadlı içkilər təqdim olunacaq. Gün ərzində musiqi, konsertlər və əyləncəli proqramlarla iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş ediləcək.
Qeyd edək ki, tədbir 21 dekabr tarixində, saat 12:00-dan 20:00-dək Passage1901-də keçiriləcək.

