Yaxın Şərqdə mövcud vəziyyət və bəzi hava məkanlarının bağlanması səbəbindən Air Arabia aviaşirkəti bir sıra uçuşlarını müvəqqəti dayandırıb.
Turizmplus.az xəbər verir ki, Abu-Dabi – Bakı istiqamətində həyata keçirilən 3L730/731 saylı uçuşlar 28 mart 2026-cı il tarixinə qədər ləğv edilib.
Məlumata görə, ləğv edilmiş uçuşların sərnişinləri biletlərinin istifadə olunmamış seqmentləri üzrə ödənişlərini tam şəkildə geri ala bilərlər.
Aviaşirkət sərnişinlərdən rəsmi mənbələrdən təsdiqlənməmiş məlumatlara etibar etməməyi və yalnız rəsmi kanallar vasitəsilə yayılan məlumatları nəzərə almağı xahiş edib.

