WTTC 25-ci Qlobal Turizm Sammiti Romada bu tarixlərdə keçiriləcək

Sentyabr 17, 2025 15:51 / 188
WTTC 25-ci Qlobal Turizm Sammiti Romada bu tarixlərdə keçiriləcək
A-
A
A+

2025-ci il sentyabrın 28–30-da Roma şəhərində Dünya Səyahət və Turizm Şurasının (WTTC) 25-ci Qlobal Sammiti keçiriləcək. Tədbir beynəlxalq turizm sektorunun ən nüfuzlu forumlarından biri hesab olunur və bu il Avropada altı ildən sonra baş tutacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, sammitin keçiriləcəyi məkan Auditorium Parco della Musica Ennio Morricone olacaq. Tədbirin təşkilatçıları arasında İtaliya Turizm Nazirliyi, ENIT (İtaliya Milli Turizm Agentliyi), Roma Bələdiyyəsi və Lazio Regionu yer alır.

Bu ilki sammitdə əsas mövzular arasında rəqəmsal transformasiya, dayanıqlı turizm, sərmayə strategiyaları və mədəni irsin qorunması kimi aktual məsələlər müzakirə ediləcək. Tədbirdə WTTC-nin sədri Greg O’Hara və gələcək sədri Manfredi Lefebvre də iştirak edəcək.

Sammit yalnız dəvət olunmuş şəxslər üçün nəzərdə tutulsa da, sessiyalar onlayn izlənilə bilər. Tədbir həmçinin İtaliyanın turizm sektorundakı liderliyini möhkəmləndirməyə və beynəlxalq əməkdaşlığı gücləndirməyə xidmət edir. 2025-ci ildə İtaliya beynəlxalq turistlərdən təxminən 60,4 milyard avro gəlir əldə etməyi proqnozlaşdırır.

Oxşar xəbərlər