Vilayət Eyvazov Xankəndiyə yeni DYP rəisi təyin edib
Xankəndi şəhər polis şöbəsinin Dövlət Yol polisi bölməsinə yeni rəis təyin edilib.
“Mediaplus” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunaraq Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.