Dünyanın ən yaxşı 10 turizm tədbiri mükafatını 4 dəfə ard-arda qazanan beynəlxalq “Uzakrota” turizm sammitinə 2 gün qalıb.
Turizmplus.az xəbər verir ki, Bakıda 3-cü dəfə baş tutacaq sammit bundan öncə Nyu-York, London, Dublin, Berlin, Belqrad, Sarayevo, Afina və Kuala Lumpurda təşkil edilib.
Oktyabrın 4-də “Radisson Baku” otelində Amadeus və Türk Hava Yollarının dəstəyi ilə təşkil olunacaq tədbir region ölkələrindən 500 turizm mütəxəssisini bir araya gətirəcək. “Azərbaycan və Türkiyə Səyahət Bazarı”, “İşgüzar Səyahətlər və Hadisələr”, “Kütləvi Turizmin Gələcəyi”, “Qafqazın Yüksələn Trendləri” və “Azərbaycan MICE Turizmi” kimi bir çox mövzunun müzakirə olunacağı tədbirdə 40 turizm markaların yanında 40 spiker və 500 turizm mütəxəssisi də B2B görüşlərə qoşulacaq.
“Uzakrota Baku” təkcə məlumat mübadiləsi vasitəsilə deyil, həm də B2B görüş sahələri və tematik şam yeməyi vasitəsilə güclü sosial şəbəkələrin yaradılmasını təmin etməyi hədəfləyir.
Tədbirdə qeydiyyatdan keçmək üçün kilkləyin.
Qeyd edək ki, Turizmplus.az Turizm Xəbərləri Portalı beynəlxalq “Uzakrota” turizm sammitinin rəsmi media tərəfdaşıdır.