Ümumvətəndaş (xarici) pasportlarının verilməsində YENİLİK TƏTBİQ EDİLƏCƏK

Dekabr 15, 2025 16:30 / 241
Ümumvətəndaş (xarici) pasportlarının verilməsində YENİLİK TƏTBİQ EDİLƏCƏK
A-
A
A+

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkənin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb:

“Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər”.

Qeyd olunub ki, bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcək.

Oxşar xəbərlər