Dövrün nəhəng hava yolu şirkətlərindən biri olan “Atlasglobal” rəsmi olaraq müflis oldu.
Turizmplus.az xəbər verir ki, 2021-ci ildən etibarən Atlasjet şirkəti müflis olmaq üçün kritik bir prosesdən keçərkən, Ali Məhkəmə bir neçə gün öncə son qərarını verib.
Ali Apellyasiya Məhkəməsinin 6-cı Mülki Kollegiyasının apardığı araşdırmalardan sonra iflas qərarının təsdiq edilməsinə və surətinin birinci instansiya məhkəməsi olan İstanbul Regional Ədliyyə Məhkəməsinin 17-ci Mülki Kollegiyasına göndərilməsinə yekdilliklə qərar verilib.
Ali Məhkəmənin qərarı ilə dövrün aviasiya nəhəngləri Atlasjet və Atlasglobal iflas edib.