Türk Hava Yolları bu istiqamətlərə gecə reyslərini LƏĞV ETDİ

Türk Hava Yolları (THY) bugün gecə üçün planlaşdırılan bir sıra uçuşlarını təhlükəsizlik səbəbi ilə ləğv etdiyini açıqlayıb.

Turizmplus.az xəbər verir ki, ləğv olunan uçuşlar aşağıdakı istiqamətlər üzrədir:
-
Bəhreyn
-
Dammam
-
Doha
-
Dubay
-
Küveyt
-
Əbu Dabi
-
Maskat
THY-dən verilən rəsmi açıqlamada, regional gərginliklər səbəbindən sərnişinlərin təhlükəsizliyi üçün bu qərarın verildiyi bildirilib. Sərnişinlərə biletlərin dəyişdirilməsi və ya geri qaytarılması imkanlarının təqdim olunduğu qeyd olunub.