Turizmçilər “OTM Mumbai 2025” sərgisinə hazırlaşır
Bu il yanvarın 30-dan fevralın 1-dəkr Hindistanın Mumbay şəhərində “OTM Mumbai 2025” beynəlxalq turizm sərgisi keçiriləcək.
Turizmplus.az DTA-ya istinadən xəbər verir ki, sərgi “Jio” Dünya Konqres Mərkəzində təşkil ediləcək. Tədbirdə 60-dan çox ölkədən 1,6 min iştirakçısının və 40 mindən çox ziyarətçinin olacağı gözlənilir.
Agentlik yanında Azərbaycan Turizm Bürosunun Cənubi Asiya, Beynəlxalq Bazarlar və Biznes Tədbirləri üzrə Regional Meneceri Elman Məmmədov bildirib ki, OTM Azərbaycanın turizm sektoru üçün əsas sərgilərdəndir: “İOTM-də Azərbaycanı bir destinasiya kimi nümayiş etdirir və təbliğ edirik. Bu il əvvəlki illərlə müqayisədə daha çox tərəfdaş bizə qoşulur. Bütün turizm sənayesi sərgidə iştirak etməyə can atır və əminəm ki, həmin 3 gün çox məhsuldar olacaq”.