Turizmçilər “EMITT 2025” beynəlxalq turizm sərgisində iştiraka hazırlaşır

Azərbaycan fevralın 5-7-i tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində (“EMITT 2025”) iştirak edəcək.

Turizmplus.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
Bildirilir ki, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
EMITT turizm sektoru üçün ən böyük ticarət yarmarkalarından biri hesab olunur.
Sərgi ölkə pavilyonlarının, tətil istiqamətlərinin, mövsümi turizm obyektlərinin, hotellərin, turoperatorlarının və səyahət agentliklərinin nümayiş etdirilməsi üçün əsas platforma rolunu oynayır və işgüzar əlaqələr və tərəfdaşlıqlar üçün dəyərli imkanlar təklif edir.