USD 1.7
23 °C

Turizm sənayesində fəaliyyət göstərən şirkətlərin CEO-ları nə qədər qazanır? – SİYAHI

İyun 12, 2024 13:46 / 220
Turizm sənayesində fəaliyyət göstərən şirkətlərin CEO-ları nə qədər qazanır? – SİYAHI
A-
A
A+

Pandemiyadan sonra bərpa olunan və 2023-cü ildə uğurlu il keçirən səyahət və turizm sənayesi nəhəng şirkətlərin top menecmentindəki baş direktorlara milyonlarla dollar gəlir gətirir. ABŞ-ın səyahət və turizm sənayesində fəaliyyət göstərən bəzi şirkətlərin baş direktorlarının maaşları heyrət doğurur.

cbx-add

Turizmplus.az xəbər verir ki, elan edilmiş S&P 500 siyahısına görə, ABŞ səyahət sənayesindən ən çox illik gəlir əldə edən ad 46,7 milyon dollarla “Booking.com”un baş direktoru Qlenn Fogel, ikinci yerdə 34,2 milyon dollarla “American Airlines”in Baş Direktoru Robert İsomdur.

İlk 10-luqdakı digər adlar və onların illik qazancı belədir:

* Chris Nassetta (Hilton) 25,6 milyon dollar
* Dara Khosrowshahi (Uber) 24,3 milyon dollar
* Entoni Kapuano (Marriott) 22,7 milyon dollar
* Thomas Reeg (Caesars Entertainment) 18,6 milyon dollar
* Scott Kirby (United Airlines) 18,6 milyon dollar
* James Risoleo (Host Hotels) 17,7 milyon dollar
* Jason Liberty (Royal Carribbean) 17,2 milyon dollar

ABŞ-da nəhəng turizm şirkətlərinin baş direktorlarının maaşları bu qədər yüksək olduğu halda, Avropada baş direktorların maaşlarının o qədər də yüksək olmadığı bildirilir. Məsələn, “Lufthansa”nın baş direktoru Carsten Spohr 5,6 milyon avro, TUI-nin baş direktoru Sebastian Ebel isə illik 3 milyon avro qazanır.

Oxşar xəbərlər