Turizm sənayesi nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.
Turizmplus.az xəbər verir ki, turizmçilər Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar.

