Turizm sahəsində yeni dövlət standartı; Kriteriyalara cavab verməyənlər… – AÇIQLAMA

Yanvar 27, 2026 13:19 / 192
Turizm sahəsində yeni dövlət standartı; Kriteriyalara cavab verməyənlər… – AÇIQLAMA
A-
A
A+

Bu ildən hotel, hostel, qonaq evi – hər birinə uyğun kriteryalar hazırlayıb sertifikatlaşdırılmasına başlayacağıq. Hazırda yeni standart üzərində işləyirik.

cbx-add

Turizmplus.az “Trend”ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi qeyd edib ki, minimum kriteryalara cavab verməyən yerləşmə vasitələri qeydiyyata alınmayacaq:

“Bu ilin sonuna kimi həmin standartın rəsmi dövlət standartı kimi qeydiyyata alınması üçün çalışacağıq. Məhz bu prosesdən sonra bütün yerləşmə vasitələri ilə bağlı həm audit, həm də təsnifat prosesi aparılmış olacaq”.

O vurğulayıb ki, əvvəllər hotellərin sertifikatlaşdırılması könüllü xarakter daşıyırdı:

“Turizm haqqında” qanun qəbul edildikdən sonra otellərin ulduz təsnifatı məcburiləşib. Yeni standartın tətbiqini könüllü başlayıb daha sonra “Turizm haqqında” qanuna əlavə etmək niyyətindəyik”.

Oxşar xəbərlər