29–30 sentyabr tarixlərində Turizm Günü münasibətilə Azərbaycan Turizm Bürosunun dəstəyi ilə AZAL sərnişinlərinə ölkənin bir sıra tarixi və mədəni məkanlarına pulsuz giriş imkanı təqdim olunacaq.

Turizmplus.az xəbər verir ki, pulsuz ziyarət edilə biləcək məkanlar:
-
“Yanardağ” Dövlət Tarixi-Mədəni və Təbiət Qoruğu
-
“Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu
-
“Basqal” Dövlət Tarixi-Mədəni Qoruğu
-
“Yuxarı Baş” Milli Tarixi-Memarlıq Qoruğu
-
“Kiş” Tarixi-Memarlıq Qoruğu
-
“Diri Baba” Türbəsi
-
Palçıq Vulkanları Turizm Kompleksi
Mədəniyyət ocaqları:
-
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi
-
Şəki Dövlət Rəsm Qalereyası
-
Xınalıq Kəndi Mədəniyyət Evi
Bundan əlavə, AZAL sərnişinləri 29–30 sentyabrda “Baku City Tour Bus” marşrutu ilə pulsuz şəhər turu edə biləcəklər.
Qeyd edək ki, bu fürsətlərdən yararlanmaq üçün sərnişinlər 2025-ci il AZAL reysinə aid boarding pass təqdim etməlidirlər.