Travacco beynəlxalq bazara çıxır – MADRİD SƏRGİSİNDƏN XƏBƏRLƏR

Travacco, qlobal turizm sektorunda yeni əməkdaşlıqlar qurmağa başlayıb.

Turizmplus.az xəbər verir ki, şirkət İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən FITUR 2025 turizm sərgisində iştirak edərək beynəlxalq bazarda öz mövqeyini gücləndirib. Sərginin yalnız ikinci günündə, müxtəlif ölkələrdən olan bir neçə turizm agentliyi Travacco platformasının istifadəçisinə çevrilib. Bu ölkələr arasında Portuqaliya, İspaniya, Avstriya, Xorvatiya, Misir, Ekvador, Meksika, Peru, Argentina, Kolumbiya, Moldova, Mərakeş, Oman, İordaniya, Gürcüstan və Şri Lanka yer alır.
Travacco-nun qatıldığı FITUR sərgisi, turizm sektorunun liderlərinin, yenilikçi texnologiyaların və qlobal həllərin müzakirə olunduğu əhəmiyyətli bir platformadır. Bu sərgidə iştirak etməklə Travacco, beynəlxalq bazarda yeni tərəfdaşlar və müştərilər qazandırmağa yönəlib, həmçinin şirkətin xidmətlərini daha geniş auditoriyaya təqdim etməyi hədəfləyir.
“Travacco platforması, turizm agentliklərinə öz fəaliyyətlərini daha müasir və effektiv şəkildə idarə etmələrinə kömək edir. Bizim məqsədimiz turizm sahəsindəki peşəkarların işlərini asanlaşdırmaq və onların müştəri məmnuniyyətini artırmaqdır. FITUR sərgisi, bizə qlobal bazarda tanınmaq və yeni əməkdaşlıqlar qurmaq üçün mükəmməl bir fürsət təqdim edir,” – deyə Travacco-nun nümayəndəsi qeyd edib.
Travacco, gələcəkdə daha çox ölkədə turizm agentliklərinə xidmət göstərməyi və qlobal turizm sahəsindəki mövqeyini gücləndirməyi planlaşdırır. Şirkət, həmçinin yeni bazarlarda öz xidmətlərini tanıdaraq, turizm sektorunda daha çox innovasiya gətirməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün: travacco.com
Video təlimlərimiz: https://youtube.com/@travacco?si=JVY0ooCcb8OFvY0d
Telefon: 051 466 69 39
Email: support@travacco.com
Turizm sektoru üçün mühasibatlıqda gələcəyin həlledici platforması!