USD 1.7
25 °C

“Tangiers”in təşkilatçılığı ilə yeni “Regnum The Crown” hoteli təqdim edilib – FOTO+VİDEO

Aprel 18, 2025 12:39 / 316
“Tangiers”in təşkilatçılığı ilə yeni “Regnum The Crown” hoteli təqdim edilib – FOTO+VİDEO
A-
A
A+

Ötən həftə Bakıda yerləşən turizm ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edən tədbir baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Tangiers Travel” şirkətinin təşkilatçılığı ilə “Regnum Carya” və tezliklə fəaliyyətə başlayacaq “Regnum The Crown” hotellərinin təqdimatı keçirilib.

Tədbirdə 100-ə yaxın yerli turizm agentliyinin nümayəndəsi iştirak edib. Təqdimatda hər iki hotelin təmsilçisi Ekaterina Shtern çıxış edərək, hotellərlə bağlı ümumi məlumatları və qarşıdakı yenilikləri tədbir iştirakçıları ilə bölüşüb.

Xüsusilə qeyd olunub ki, “Regnum The Crown” hotelində qonaqlara fərqli və yüksək səviyyəli istirahət təcrübəsi təqdim olunacaq. Hotel 343 nömrə və 15 eksklüziv villa ilə xidmət göstərəcək. Otaqların sahəsi 110 m²-dən 1700 m²-yə qədər dəyişir. Dəniz, hovuz və bağ mənzərəli lüks otaqlar terras, şəxsi batler, garderob otağı, Bvlgari brendinə məxsus aksesuarlar, mini-bar və təzə güllərlə təchiz olunacaq – bütün bunlar unudulmaz və komfortlu istirahət üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tangiers Travel bundan əvvəl də Türkiyənin məşhur hotellərinin təqdimatlarını uğurla təşkil edib və bu kimi tədbirlər Azərbaycandakı turizm sektorunun inkişafı baxımından mühüm rol oynayır.

Oxşar xəbərlər