USD 1.7
30 °C

Tangiers Travel-in təşkilatçılığı ilə “Titanic Hotels” yerli turizm şirkətlərilə əməkdaşlığını gücləndirir

İyul 1, 2025 13:11 / 217
Tangiers Travel-in təşkilatçılığı ilə “Titanic Hotels” yerli turizm şirkətlərilə əməkdaşlığını gücləndirir
A-
A
A+

Tangiers Travel şirkətinin təşkilatçılığı və Titanic Hotels brendinin dəstəyi ilə yerli turizm şirkətləri üçün xüsusi təqdimat tədbiri keçirilib.

cbx-add

Tədbirdə 60-a yaxın Azərbaycan turizm agentliyinin nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi Titanic Hotels zəncirinə daxil olan otellərdəki son yeniliklərin və gələcək əməkdaşlıq imkanlarının turizm bazarına təqdim olunması olub.

Tədbirin rəsmi hissəsində Titanic Hotels adından şirkətin satış üzrə nümayəndəsi Murat Samur çıxış edərək qonaqları salamlayıb. O, Titanic Hotels-in müxtəlif istiqamətlərdə – ailəvi istirahət, lüks tətil, MICE tədbirləri və korporativ qruplar üçün təklif etdiyi imkanlar barədə geniş məlumat verib.

Tədbirin təşkilatçısı olan Tangiers Travel şirkətinin nümayəndələri isə Azərbaycan və Türkiyə turizm bazarları arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan turistlərinin Titanic Hotels şəbəkəsinə olan marağının artması və gələcəkdə daha sıx əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Titanic Hotels tərəfindən bir neçə yerli turizm şirkətinin nümayəndəsinə otellərdə ödənişsiz gecələmə hədiyyə olunub.

Bu cür tədbirlər Azərbaycan turizm bazarının daha da canlanmasına, otellər və agentliklər arasında birbaşa əməkdaşlığın möhkəmləndirilməsinə və yerli turistlərin keyfiyyətli xidmətlərlə tanış olmasına böyük töhfə verir.

Tangiers Travel və Titanic Hotels nümayəndələri bildiriblər ki, gələcəkdə də Azərbaycan turizm şirkətləri üçün bu tip tədbirlər mütəmadi təşkil olunacaq.

Oxşar xəbərlər