Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı olaraq rəsmi tədbirlərə ev sahibliyi edəcək

Aprel 9, 2026 14:16 / 28
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı olaraq rəsmi tədbirlərə ev sahibliyi edəcək
A-
A
A+

Şuşa şəhəri 27–29 aprel tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üzrə turizm paytaxtı elan edilməsi ilə bağlı rəsmi tədbirlərə ev sahibliyi edəcək.

cbx-add

Turizmplus.az DTA-ya istinadən xəbər verir ki, tədbirlərdə təşkilata üzv ölkələrin turizm nazirləri, turizm sahəsi üzrə yüksək səviyyəli ekspertlər və digər rəsmi nümayəndələr iştirak edəcəklər.

“Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı 2026” çərçivəsində rəsmi açılış mərasimi, iclaslar, panel müzakirələri və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirin əsas məqsədi Şuşanın beynəlxalq turizm potensialının tanıdılması, regional əməkdaşlığın genişləndirilməsi və təşkilata üzv ölkələr arasında turizm sahəsində əlaqələrin daha da gücləndirilməsidir.

Qeyd edək ki, Şuşanın 2026-cı il üzrə turizm paytaxtı elan olunması şəhərin beynəlxalq turizm xəritəsində mövqeyinin daha da güclənməsinə töhfə verəcək.

Oxşar xəbərlər