Şri Lanka 40 ölkə üçün viza rejimini LƏĞV EDİR – Azərbaycan bu siyahıda var?

İyul 29, 2025 13:41 / 255
Şri Lanka 40 ölkə üçün viza rejimini LƏĞV EDİR – Azərbaycan bu siyahıda var?
A-
A
A+

Şri Lanka hökuməti turizmi canlandırmaq və ölkəyə daha çox ziyarətçi cəlb etmək üçün vizasız giriş proqramını əhəmiyyətli dərəcədə genişləndirib. Yeni qərara əsasən, artıq 40 ölkənin vətəndaşları Şri Lankaya vizasız səyahət edə biləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, əvvəllər yalnız 7 ölkə üçün mövcud olan bu proqram indi ABŞ, Birləşmiş Krallıq, Kanada, Avstraliya, BƏƏ, İran, Pakistan və Avropanın bir çox ölkələrini əhatə edir. Hökumət bu addımla turist axınını artıraraq yerli iqtisadiyyatı və valyuta gəlirlərini gücləndirməyi hədəfləyir.

Vizasız rejim yalnız qısa müddətli – 30 güSnlük turistik səfərlər üçün keçərlidir. Səyahətçilər onlayn formada Elektron Səyahət İcazəsinə (ETA) müraciət etməlidirlər. Daha uzunmüddətli qalmaq istəyənlər üçün əlavə müraciət və rüsum tətbiq olunur.

Şri Lanka hökuməti vizalardan gələn təxminən 66 milyon ABŞ dolları gəliri itirəcəyini proqnozlaşdırsa da, turist axınının artması nəticəsində otellər, restoranlar və xidmət sektorunun bu itkini kompensasiya edəcəyini hesab edir.

Şri Lanka hökumətinin 25 iyul 2025-ci il tarixində açıqladığı qərara əsasən, turizm məqsədli vizasız rejimdən yararlana bilənlər reysi cəmi 40 ölkə üçün tətbiq edilir. Qeyd edək ki, Rəsmi yayımlanan siyahıya Azərbaycan daxil edilməyib.

Oxşar xəbərlər