Azərbaycan və Türkiyə arasında hava əlaqələri daha da genişlənir.

Turizmplus.az xəbər verir ki, Pegasus Hava Yolları iyun ayından etibarən Bakıdan Ankara və Antalya şəhərlərinə birbaşa uçuşlara başlayacağını elan edib.
Bu barədə məlumatı saytımıza Aviapartner şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev verib.
Yeni uçuş marşrutları iki ölkə arasında səyahət edən turistlər və iş adamları üçün daha rahat və əlverişli imkanlar yaradacaq.
Ankaraya ilk uçuş 16 iyun, Antalyaya ilk uçuş isə 17 iyunda nəzərdə tutulub. Aviabilet qiymətləri bir istiqamət üçün 79.99 avrodan başlayacaq.
Uçuş cədvəlini oxucularımıza təqdim edirik: