SON DƏQİQƏ: Bakıdan bu istiqamətə uçuşlar bərpa olunur

Sentyabr 7, 2026 17:15 / 147
SON DƏQİQƏ: Bakıdan bu istiqamətə uçuşlar bərpa olunur
A-
A
A+

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə “Embraer E-190” təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.

Oxşar xəbərlər