USD 1.7
9 °C

“Shabran Wellbeing Resort”da Hindistana dair Festival və təqdimat keçirilib

Dekabr 5, 2024 15:00 / 161
“Shabran Wellbeing Resort”da Hindistana dair Festival və təqdimat keçirilib
A-
A
A+

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycandakı Hindistan Assosiasiyası (IAA) ilə birgə “Shabran Wellbeing Resort”da Ayurverda qida əlavələrinin onlayn satış saytının təqdimatı və Hind Yeməkləri Festivalı təşkil edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirin əvvəlində hindistanlı və azərbaycanlı sənətçilər tərəfindən hind klassik rəqsləri nümayiş etdirilib. Daha sonra “Shop-Ayurveda” qida əlavələrinin onlayn satış saytının təqdimat mərasimi baş tutub. Mərasimdə Hindistanın Azərbaycandakı Səfiri Sridharan Madhusudhanan, bu ölkədən gələn qonaqlar və yerli turistlər iştirak edib. Təqdimat zamanı ənənəvi hind müalicəsi olan Ayurvedanın faydaları vurğulanıb.

Bu barədə saytımıza danışan “Shabran Wellbeing Resort”un Biznesin inkişafı üzrə meneceri Nelly Biryukova Ayurveda fəlsəfəsinin qədimlərə dayanan təbii müalicə sistemi olduğunu qeyd edib.

Nelly Biryukova

“Biz Azərbaycanda ilk Ayurveda təbii müalicə sistemini tətbiq etmiş hotel olaraq Hindistanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edirik. Onlar bu istiqamət üzrə bizim inkişafımızda dəstək olurlar. Ona görə də biz birlikdə bir çox tədbirlər həyata keçiririk.

Bu gün keçirilən tədbirlərdə isə 90-dan çox insan iştirak edir. Onu da nəzərinizə çatdırım ki, “Shabran Wellbeing Resort”da bu tip tədbirlər, o cümlədən Yoqa günləri də davamlı olaraq keçirilir”, – deyə Nelly Biryukova qeyd edib.

Daha sonra Hindistanın müxtəlif ştatlarının ənənəvi yeməklərindən ibarət kulinariya nümayişi olub.

Səfir Sridharan Madhusudhanan çıxışında Hindistanın yemək, musiqi və mədəniyyət müxtəlifliyini qeyd edərək, qonaqları “Hindistanın ləzzətini” kəşf etməyə dəvət edib.

Oxşar xəbərlər