Şengen bölgəsinə girişdə biometrik yoxlamalarla bağlı 9 ölkədən YENİ MÜHÜM QƏRAR

Sentyabr 15, 2026 10:58 / 38
Şengen bölgəsinə girişdə biometrik yoxlamalarla bağlı 9 ölkədən YENİ MÜHÜM QƏRAR
A-
A
A+

Avropa İttifaqına girişdə tətbiq olunan biometrik yoxlama və barmaq izi sistemində yaşanan problemlər səbəbindən 9 ölkə tətbiqi dayandırdığını açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Şengen bölgəsinə girişlərdə barmaq izi və üz tanımasını nəzərdə tutan Giriş-Çıxış Sistemi (EES) hava limanlarında sıxlıq və texniki problemlərə səbəb olub. Gözləmə müddətinin 4 saata qədər uzandığı, bəzi turistlərin isə uçuşlarını qaçırdığı bildirilir.

Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə sistemin tətbiqini təxirə salıb. Qərarın sərhəd keçidlərində sıxlığın qarşısını almaq və infrastruktur tam hazır olana qədər sərnişin axınını qorumaq məqsədi daşıdığı qeyd olunur.

Sistemlə bağlı problemlər həll edilənədək Avropa İttifaqından kənar ölkələrdən gələn sərnişinlərin sərhəd keçidləri mövcud nəzarət qaydaları ilə həyata keçiriləcək.

Oxşar xəbərlər