“Sea Breeze”də yaxta gəzintisi neçəyədir? – QİYMƏT AÇIQLANDI

İyun 17, 2026 13:32 / 668
“Sea Breeze”də yaxta gəzintisi neçəyədir? – QİYMƏT AÇIQLANDI
A-
A
A+

Bakıda dəniz istirahətini sevənlər üçün “Sea Breeze” ərazisində yaxta gəzintisi təklifi təqdim olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, yaxta turunun qiyməti bir nəfər üçün 100 ABŞ dolları təşkil edir. Turun həyata keçirilməsi üçün minimum 10 nəfərlik qrup formalaşdırılmalıdır. 3 saat davam edən tur zamanı qonaqlar istədikləri ərazidə dayanaraq dənizdə üzmək imkanı əldə edəcəklər.

Qiymətə “Sea Breeze” ərazisinə giriş, peşəkar ekipaj xidməti, premium audio sistem, sərinləşdirici içkilər və agent komissiyası daxildir.

Sea Breeze Marina-da yaxta turları ilə bağlı yayılan məlumatlarda əsasən ən yüksək qiymətə malik premium yaxtalar təqdim edilsə də, daha münasib büdcəyə uyğun seçimlər də mövcuddur.

Sea Breeze Marina-nın 2026-cı il üçün açıqladığı tariflərə əsasən, yaxta gəzintilərinin qiyməti 1 saat üçün 300 manatdan başlayır.

Belə ki, 5 nəfərlik tutuma malik “Nemo” yaxtasında:

  • 1 saatlıq tur – 300 AZN,
  • 2 saatlıq tur – 490 AZN,
  • 3 saatlıq tur – 660 AZN təşkil edir.

10 nəfərlik “Lora” yaxtasında isə:

  • 1 saatlıq tur – 340 AZN,
  • 2 saatlıq tur – 540 AZN,
  • 3 saatlıq tur – 720 AZN-dir.

Qiymətlərə peşəkar ekipaj xidməti, xilasedici jiletlər və musiqi sistemi daxildir.

Beləliklə, Sea Breeze-də yaxta gəzintisi yalnız yüksək büdcəli istirahət növü deyil. Kiçik qruplar üçün saatlıq 300 manatdan başlayan daha əlçatan variantlar da təqdim olunur.

Yaxta turu ailəvi istirahət, dostlarla əyləncə və xüsusi tədbirlərin keçirilməsi üçün əlverişli seçim hesab olunur.

Rezervasiya və əlavə məlumat üçün təşkilatçılarla əlaqə saxlamaq mümkündür: +994 70 838 69 13 (Elçin Yolçuyev, Turizm seqmenti üzrə satış rəhbəri).

Oxşar xəbərlər