USD 1.7
12 °C

“Savtour”un təşkilatçılığı ilə Özbəkistanlı turoperatorlar üçün Azərbaycanda Fam Trip keçirilib

Aprel 23, 2025 13:53 / 249
“Savtour”un təşkilatçılığı ilə Özbəkistanlı turoperatorlar üçün Azərbaycanda Fam Trip keçirilib
A-
A
A+

14–20 aprel 2025-ci il tarixlərində, “Savtour” MMC-nin təşkilatçılığı ilə Özbəkistanın aparıcı 15 turizm şirkətinin nümayəndələrinin iştirakı ilə Azərbaycanda genişmiqyaslı Fam Trip (tanıtım səfəri) təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və ölkəmizi potensial əməkdaşlıq üçün cəlbedici istiqamət kimi təqdim etmək olub.

Səfər marşrutu aşağıdakı şəkildə təşkil olunub:

3 gün Bakı – Qonaqlar Hilton Garden Inn Hoteldə yerləşdirilib və şəhər üzrə ekskursiyalar həyata keçirilib. Onlara tarixi və mədəniyyət abidələri, həmçinin şəhərin əsas görməli yerləri tanıdılıb.

2 gecə Naftalanda – Qonaqlama Chinar Hotel & Spa və Gashalti Health Hoteldə təşkil olunub. Burada iştirakçılar üçün informativ sanatoriya turları, həmçinin tibbi prosedurlar haqqında təqdimatlar keçirilib.

1 gecə Lənkəranda – İştirakçılar Lankaran Springs Wellness Resortda yerləşdirilib və otelin təqdimatı ilə yanaşı, tibbi və sağlamlıq xidmətləri haqqında məlumat verilib.

Qastronomik proqram da səfərin diqqətçəkən hissələrindən biri olub. Qonaqlara milli mətbəximizə aid restoranlarda müxtəlif yeməklər təqdim edilib. Səfərin son günündə Şirvanşah restoranında təşkil olunan şam yeməyi zamanı bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Fam Trip çərçivəsində iştirakçılar həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının qonağı olublar.

Bu tədbir Azərbaycanla Özbəkistan arasında turizm əlaqələrinin genişlənməsi baxımından mühüm addım olub və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.

Oxşar xəbərlər