“RUSTAR TOURISM” XƏBƏRDARLIQ ETDİ: Giriş məlumatlarının digər agentliklərə ötürülməsi halları müşahidə olunur

Sentyabr 3, 2025 16:38 / 254
“RUSTAR TOURISM” XƏBƏRDARLIQ ETDİ: Giriş məlumatlarının digər agentliklərə ötürülməsi halları müşahidə olunur
A-
A
A+

“Sizin diqqətinizə çatdırırıq ki, bazarda bəzi agentliklərin “Rustar Online” sistemimizdən əldə etdikləri giriş məlumatlarını (login və parol) digər agentliklərə ötürməsi halları müşahidə olunmaqdadır. Bu kimi pozuntular xüsusilə Maldivlər istiqamətində daha çox nəzərə çarpır”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə “Rustar Online” tur-operatorunun Azərbaycan nümayəndəliyi məlumat yayıb.

“Xatırlatmaq istəyirik ki, Rustar Tourism 2016-cı ildən etibarən Maldivlərdə rəsmi fəaliyyət göstərir və bu istiqamətdə ən güclü DMC şirkətlərindən biri kimi tanınır. Bizim şirkət otellər üzrə ən rəqabətədavamlı qiymətləri təqdim edir. Məhz buna görə bəzi digər DMC-lər sistemimizə giriş əldə etməyə və qiymət məlumatlarımızdan faydalanmağa cəhd göstərirlər.

Xəbərdarlıq edirik ki, öz login və parollarını digər agentliklərə və ya “Rustar Online” sisteminə rəsmi girişi olmayan DMC-lərə təqdim edən agentliklər, bütün istiqamətlər üzrə sistemimizdən həmişəlik olaraq bloklanacaqlar.

Xahiş edirik, bu məsələyə tam məsuliyyətlə yanaşasınız və sistemdən istifadə qaydalarına ciddi riayət edəsiniz”, – deyə məlumatda deyilir.

Oxşar xəbərlər