Rusiyalı iş adamları ilə növbəti işgüzar görüş keçirilib
İyulun 11-də “New Baku” mehmanxanasında Rusiyanın Federasiyasının Krasnoyarsk vilayətinin nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş komissiyası”nın və eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm təynatlı qeyri-hökümət təşkilatlarının üzvləri ilə ikitərəfli işgüzar görüş baş tutub.
Turizmplus.az xəbər verir ki, görüşdə Krasnoyarsk vilayətinin turizm investisiya imkanları barədə təqdimatlar dinlənilib və birgə əməkdaşlıq üçün real layihələr ətrafında müzakirələr aparılıb. Qarşılıqlı olaraq, Azərbaycan tərəfi ölkədə turizmin inkişafının cari vəziyyəti və prespektivlər haqqında məlumat verib. Eləcə də Qarabağ və Şərqi Zəngəzurda mövcud olan turizm potensialı, dövlət təşviqləri və investialar haqqında fikir mübadiləsi həyata keçirilib.
Sonda qarşılıqlı infotur proqramlarının təşkil olunması və hər iki ölkədə nəzərdə tutulan tematik sərgi və konfranslarda iştirakla bağlı ilkin razılıq əldə olunub.
Rusiyalı turizmçilərlə görüş