“Grand Hyatt” İstanbulun baş meneceri vəzifəsində çalışmış Rüfət Babayev bundan sonra Türkiyədəki bütün Hyatt hotellərinə cavabdeh olacaq regional prezident təyin edilib.
Turizmplus.az xəbər verir ki, karyerasına 29 il əvvəl “Hyatt Regency Baku”da başlayan Rüfət Babayev 2005-ci ildə “Hyatt Regency Warsaw”da işləyib və 2012-ci ildə “Hyatt Regency Kiyev”ə transfer olunub. 2014-cü ildə Hyatt-ın Çikaqodakı baş ofisində çalışan Rabayev 2015-ci ildə Hyatt Regency Thessaloniki-nin baş meneceri olub. Babayev 2019-cu ildən Grand Hyatt İstanbulun baş meneceri vəzifəsində çalışır.
Qeyd edək ki, Rüfət Babayev azərbaycanlıdır.