RƏSMİ: Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqləndi
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov namizəd olduğu 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən millət vəkili seçilib.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.