USD 1.7
15 °C

Rəşad Nəbiyev Bakı ilə Qahirə arasında birbaşa uçuşlardan danışıb

İyul 23, 2024 12:34 / 150
Rəşad Nəbiyev Bakı ilə Qahirə arasında birbaşa uçuşlardan danışıb
A-
A
A+

Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.

Nazir qeyd edib ki, hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: “Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər”.

R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır: “Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyənədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb”.

Oxşar xəbərlər