Qeyd edək ki, giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edir.
Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq.

Turizmplus.az xəbər verir ki, sözügedən tarixdən etibarən qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar.
Bu qiymət artımı yerli turizmçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların sözlərinə görə, yüksək mövsümə girişdə belə qiymət artımları xaricdən gələn qruplarla şirkətlər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Bununla yanaşı, qoruqlarda gözlənilməz qiymət artımları paket turlarda da qiymət dəyişikliklərinə səbəb olur ki, bu da yüksək mövsümdə turizm şirkətlərinin işini daha da çətinləşdirir.
Qeyd edək ki,