Qətər, BƏƏ və Səudiyyə: Turizmi strateji sahəyə çevirən zəngin layihələr həyata keçirilir

İyul 29, 2025 14:16 / 185
Qətər, BƏƏ və Səudiyyə: Turizmi strateji sahəyə çevirən zəngin layihələr həyata keçirilir
A-
A
A+

Qətər Turizm Agentliyi (Qatar Tourism) 2024–2030 Milli İnkişaf Strategiyası çərçivəsində turizmi iqtisadiyyatın əsas sütunlarından birinə çevirir. Məqsəd 2030-cu ilə qədər hər il 6 milyon turist qəbul etmək və turizmin ÜDM-ə töhfəsini 12 faizə çatdırmaqdır. 2024-cü ildə ölkəyə 5 milyon turist səfər edib, turizmin ÜDM-də payı isə 8 faiz olub. Qətər hazırda bölgədə turizm artımında liderdir. Simaisma adlı 5,5 milyard dollarlıq mega-layihə çərçivəsində 8 km sahildə kurort, tematik park və qolf sahəsi inşa edilir.

cbx-add

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

BƏƏ “Projects of the 50” proqramı ilə turizm sektorunu gücləndirir. Hədəf 2031-ci ilə qədər 40 milyon gecələməyə çatmaqdır. Dubay və Abu-Dabi artıq mədəniyyət, lüks kurortlar, Expo City Dubai kimi layihələrlə beynəlxalq diqqət mərkəzindədir. Bundan başqa, Körfəz ölkələri arasında qəbul edilən vahid GCC turizm vizası yaxın zamanda tətbiq olunacaq və turistlərin altı ölkəyə bir vizayla səfər etməsini təmin edəcək.

Səudiyyə Ərəbistanı

“Vision 2030” strategiyası çərçivəsində Səudiyyə turizmi əsas sahələrdən birinə çevirib. Məqsəd 150 milyon turist qəbul etmək və 1,6 milyon yeni iş yeri yaratmaqdır. Qiddiya, Red Sea Project və Al-Ula kimi nəhəng layihələr ölkənin turizm xəritəsini dəyişir. Riyadda inşa olunan Qiddiya kompleksi 9,8 milyard dollar dəyərində olub, əyləncə parkları, F1 tribunasları və “Dragon Ball” tematik parkını əhatə edəcək.

Hər üç ölkə neftdən asılılığı azaltmaq üçün turizmi iqtisadiyyatın lokomotivinə çevirir. Mega-proyektlər, mədəni irsin canlandırılması, əyləncə infrastrukturu və vizaların sadələşdirilməsi bu strategiyanın əsas elementləridir.

Oxşar xəbərlər